TƏHSİL

Məktəblərdə payız tətili başlanır

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Noyabrın 16-dan ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlanır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, tətil noyabrın 20-dək davam edəcək.
Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Xatırladaq ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.