BAKI, 15 noyabr — Sputnik. Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunacaq. Proses ölkə üzrə 13 imtahan mərkəzində həyata keçiriləcək.
Qeyd edək ki, test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunur. Test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılır.
Xatırladaq ki, ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsi V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə aparıb. Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir. Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.