PAYTAXT XƏBƏRLƏRİ

Bakıdakı erməni kilsəsi ibadət üçün açılıb

Dünyanın heç bir yerində yəhudi, xristian, müsəlman, alban-udi icmalarının və digər dini konfessiyaların nümayəndələrinin bir yerə toplaşaraq birlik nümayiş etdirdiyini görə bilməzsiniz.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Bakıdakı erməni kilsəsi hər zaman ibadət üçün açıqdır.
Azərbaycan ölkədəki bütün dini konfessiyalara dəstək verir, kilsələrin bərpası, təmiri və tikintisinə vəsait ayırır, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev deyib.
"Dünyanın heç bir yerində yəhudi, xristian, müsəlman, alban-udi icmalarının və digər dini konfessiyaların nümayəndələrinin bir yerə toplaşaraq birlik nümayiş etdirdiyini görə bilməzsiniz. Amma bizim üçün bu həmişə belə olub", - o, qeyd edib.