İQTİSADİYYAT

Azərbaycanın qeyri-neft-qaz sektorunda nə qədər yeni iş yerinin yaradıldığı açıqlandı

Mikayıl Cabbarov deyib ki, son 20 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 4 dəfə, adambaşına düşən ÜDM isə 3,2 dəfə artıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Dayanıqlı maliyyə və investisiya" mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
"Bu ildə 70 min iş yeri deməkdir, bağlanmış iş yerləri ilə müqayisədə çoxdur və Azərbaycanda güclü özəl qeyri-neft-qaz sektorunun inkişafı üçün atılan xüsusi addımların nəticəsidir", - deyə o qeyd edib.
Nazir həmçinin əlavə edib ki, son 20 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 4 dəfə, adambaşına düşən ÜDM isə 3,2 dəfə artıb.