İQTİSADİYYAT

Şahin Mustafayev Seyid Abbas Musəvini qəbul edib

Qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Şahin Mustafayev İran səfirini qəbul edib. Bu barədə İran səfirliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Baş nazirinin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvini qəbul edib.
Qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.
Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.