BAKI, 14 noyabr — Sputnik. Rusiya və Çin iki ölkənin iqtisadiyyatı və elmi üçün mühüm əhəmiyyət kəsb edən, məqsədi Arktika regionunun davamlı inkişafı olan birgə layihələr üzərində işləyirlər. Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Arktika Şurasının Rusiyadan yüksək vəzifəli nümayəndəsi Nikolay Korçunov məlumat verib.
"Layihələr ilk növbədə Arktika regionunun davamlı inkişafına yönəldilir və iki ölkənin iqtisadiyyatı və elmi üçün mühüm əhəmiyyət kəsb edir", - o bildirib.
Diplomat qeyd edib ki, Moskva və Pekin okeanologiya və dəniz tədqiqatları kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib ki, Pekin Moskva ilə müxtəlif sahələrdə, o cümlədən Arktikada əməkdaşlığa hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.