RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN XHƏ zonasında Ukraynanın on PUA-sının məhv edildiyini bildirib

Rusiya ordusu USQ-nin Kupyansk istiqamətində dörd hücumunu dəf edib.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri bir gün ərzində xüsusi hərbi əməliyyat (XHƏ) zonasında on Ukraynanın pilotsuz təyyarəsini (PUA) məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukraynaya məxsus on pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - bəyanatda deyilir.
Ukrayna PUA-ları Luqansk, Donetsk və Xerson vilayətində məhv edilib.
Həmçinin bildirilib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kupyansk istiqamətində dörd hücumunu dəf edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.