RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ritter: Rusiya ilə davam edən münaqişə Ukraynada vətəndaş müharibəsinə səbəb olacaq

ABŞ-ın sabiq kəşfiyyatçısı qeyd edir ki, Ukrayna hazırda siyasi böhran içərisindədir və mülki hökumətlə generallar arasında parçalanma ölkədə zorakılığın olmasına gətirib çıxara bilər.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski və onun generalları arasında parçalanma, eləcə də Ukrayna qoşunlarının qələbə qazanmamaları ölkə daxilində ciddi münaqişəyə səbəb ola bilər.
Bu barədə Rusiya mediası amerikalı sabiq kəşfiyyatçı Skott Ritterin "YouTube" kanalına verdiyi müsahibəsinə istinadən xəbər verib.
"Ukraynada bu müharibədə təslim olmaq istəməyənlər təslim olmaq istəyən insanlara hücum etdiyi zaman vətəndaş müharibəsi başlaya bilər", - deyə sabiq kəşfiyyatçı bildirib.
Ritter Ukraynada münaqişənin davam etdirilməsinin tərəfdarlarından və münaqişənin əleyhinə olanlardan ibarət iki düşərgənin mövcudluğunu qeyd edib. Hərbi əməliyyatların davam etdirilməsi hərbçilər tərəfindən dəstəklənir, lakin Ukrayna qoşunlarının hərbi gücünü qurban vermək əvəzinə müdafiə mərhələsinə keçəcəyi istisna olmaqla. Ancaq digər bir düşərgəyə görə, belə bir mövqe ölkənin məhvinə gətirib çıxaracaq.
ABŞ-ın sabiq kəşfiyyatçısı qeyd edir ki, Ukrayna hazırda siyasi böhran içərisindədir və mülki hökumətlə generallar arasında parçalanma ölkədə zorakılığa səbəb ola bilər.
Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Larri Conson bildirib ki, İlgiltərə kəşfiyyat xidmətləri artıq Zelenskinin yerinə Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnını seçiblər.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.