CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 10 müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 müxtəlif çaplı patron təhvil götürüblər.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 10 müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 müxtəlif çaplı patron təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 5 ov tüfəngi aşkar edilərək götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.