Fransanı Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasında neytral dövlət və vasitəçi kimi mövqeləndirmək mümkün deyil.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, Fransanın bu regionda öz geosiyasi maraqları var və o, vəziyyəti gərginləşdirir.
"Fransa regionda gərginlik yaradır, siyasi dividendlər əldə etməyə çalışır və Cənubi Qafqazdan Mərkəzi Asiyaya çıxmaq istəyir. Makron özünü Bonapart kimi aparır", - deyə politoloq fikrini yekunlaşdırıb.