RUSİYA

Peskov: ABŞ hakimiyyəti sanksiyalar axtarışını dayandırmır, amma biz uyğunlaşırıq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin ABŞ Maliyyə Nazirliyinin sorğu göndərdiyi barədə məlumatı şərh etmək istəyinə cavab verib.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. ABŞ hakimiyyəti sanksiya istəklərini dayandırmır, lakin Rusiya bu şərtlərə uyğunlaşır və öz maraqlarından çıxış edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Maliyyə Nazirliyinin idarəetmə şirkətlərinə Qərb tərəfindən tətbiq olunan sanksiyalardan yan keçərək Rusiya neftini daşıya biləcək yüzlərlə tanker haqqında sorğu göndərdiyi barədə məlumatı şərh edərkən deyib.
"Əlbəttə, biz başa düşürük ki, ABŞ hakimiyyəti bu və ya digər formada sanksiya istəklərini dayandırmır. Lakin buna baxmayaraq, biz bu şərtlərə uyğunlaşır və maraqlarımıza ən uyğun şəkildə hərəkət edirik", – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.