BAKI, 14 noyabr-Sputnik. "Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, Bakı şəhərinin mərkəzində tıxac əsas problemdir:
"Əsas səbəblərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin binası
Deputat, həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir:
"Çünki ölkəmizdəki avtomobillərin 80%-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.