BAKI, 14 noyabr — Sputnik. Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması bir neçə aya başlayacaq. Bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ xarici işlər nazirlərinin görüşünün yekunu olaraq qeyd edib ki, Aİ Avropa Sülh Fondu çərçivəsində İrəvana mümkün dəstəyi, eləcə də Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını nəzərdən keçirəcək.
Hovhannisyanın qeyd edib ki, Borrelin bəyanatı viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq qərarından xəbər verir.
"Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq məsələsini müzakirə edir. Buz qırılıb və Aİ-də buna etiraz edəcək heç bir ölkə yoxdur. Biz Aİ ilə fəal işləməyə davam edəcəyik", – nazir müavini bildirib.
O əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin mövqeyi bu məsələyə diqqəti cəlb etməyə kömək edəcək. Bununla yanaşı, Hovhannisyan viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsində problemlərin olduğunu da gizlətməyib.
Xatırladaq ki, Ermənistan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş, eləcə də Ermənistanla Aİ arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş 2014-cü il yanvarın 1-dən qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.