HƏRBİ

Azərbaycan İsraildən Barak MX hava hücumundan müdafiə sistemləri alacaq - KİV

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Azərbaycan 1,2 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən təyyarə və raketlərlə yanaşı hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş İsrail istehsalı Barak MX hava hücumundan müdafiə sistemləri alacaq. "İnterfaks" xəbər verir ki, bu barədə "Defence Industry Europe" yazır.
Məlumata görə, "Israel Aerospace Industries" (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının çoxsaylı buraxılışları olub.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub (İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edir).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.