RUSİYA

Asiya ölkələri Rusiyanın əsas tərəfdaşlarına çevriliblər, Avropa ilə ticarət azalır

Statistikaya görə, 2023-cü ilin 9 ayı ərzində Rusiyanın Asiyaya ixracı 10,3%, idxalı isə 39,5% artıb.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Yanvar-sentyabr aylarında Rusiyanın ticarət dövriyyəsində ən böyük payı Asiya ölkələri tutub. Bu ölkələrə ixrac 226,6 milyard dollar, idxal isə 139,7 milyard dollar təşkil edib.
Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin məlumatından bu qənaətə gəlmək olar.
Statistikaya görə, 9 ay ərzində Rusiyanın Asiyaya ixracı 10,3%, idxalı isə 39,5% artıb.
Avropaya gəlincə, Rusiya Federasiyasından ixrac 69,9% azalaraq 65,3 milyard dollara, idxal isə 8,7% azalaraq 59,2 milyard dollara düşüb.
Eyni zamanda, Rusiyanın Afrika ilə ticarətinin həcmi 9 ayda - ixrac 54,1% artaraq 15,6 milyard dollara, idxal 9,5% artaraq 2,5 milyard dollara çatıb.
Amerika ölkələri ilə ticarət dövriyyəsi azalıb: ixrac 42,4% azalaraq 9,3 milyard dollara, idxal 8,2% artaraq 11,4 milyard dollara düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.