İQTİSADİYYAT

Aİİ inteqrasiya proseslərinin birlik ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirəcək

Hazırlanmış metodologiya, həmçinin əmtəə və xidmətlərin qarşılıqlı ticarəti, qarşılıqlı investisiyalar və əmək resurslarının miqrasiyası göstəricilərinin ÜDM-ə töhfəsini hesablamağa imkan verəcək.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ittifaqın üzv dövlətlərin iqtisadiyyatına təsirinin qiymətləndirilməsi metodologiyasını hazırlayır.
Bu barədə çərşənbə axşamı ölkənin Ticarət Nazirliyinin inteqrasiya və mətbuat xidməti məlumat verib.

"Dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inteqrasiya proseslərinin Aİİ-yə üzv ölkələrin iqtisadiyyatlarının inkişafına təsirini qiymətləndirmək üçün metodologiya hazırlanır. Avrasiya İqtisadi Komissiyası ölkə və ölkələrarası cədvəllərin "xərclər-buraxılış" alətlərindən istifadə edəcək. Bu metodologiyadan istifadə etməklə inteqrasiyanın ümumi təsirinin hesablanması aparılacaq",- deyə departamentin açıqlamasında bildirilib.

Nazirlikdən verilən məlumata görə, bu metodologiya həm də ittifaqa üzv ölkələrin qarşılıqlı mal və xidmət ticarəti, qarşılıqlı investisiyalar və əmək miqrasiyası göstəricilərinin ÜDM-ə töhfəsini hesablamağa imkan verəcək.
Metodologiyanın 2023-cü ilin sonuna kimi təsdiq edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.