Mətbuat mərkəzi

2023-cü ilin isti payızı. Səbəblər və nəticələr

Tədqiqatın nəticələrinə görə, əvvəlki ay - oktyabr ayı meteoroloji müşahidələr tarixində dünyanın ən isti ayı elan edilib.
Sputnik
Azərbaycanda noyabrın ortalarına qədər temperatur nadir hallarda 18-19 dərəcədən aşağı enib ki, bu da ilin bu vaxtı üçün anormal haldır. Bundan əlavə, yağıntıların miqdarı da əhəmiyyətli dərəcədə azalıb.
Bu cür vəziyyətin səbəbləri və ekosfer üçün nəticələr barədə noyabrın 15-də, saat 11:00-da Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.