HADİSƏ

Bakıda tanınmış aşıq döyüldü

Mübahisədən sonra hər iki şəxs bir-birindən şikayətçi olaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edib.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Bakının Nəsimi rayonunda, Zabitlər parkında Aşıq Namiq Fərhadoğlu döyülüb.
Bu barədə Bakuplus bildirir.
Verilən məlumata görə, o, parkda gəzən qadına söz atıb. Bu səbəbdən hadisə yerinə gələn qadının oğlu aşığı döyüb.
Mübahisədən sonra hər iki şəxs bir-birindən şikayətçi olaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edib.