BAKI, 13 noyabr - Sputnik. Qəzza zolağındakı münaqişə üzündən Rusiya ilə İsrail arasında münasibətlər dəyişməyib. RİA Novosti-nin xəbərinə görə, bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Diplomat qeyd edib ki, israillilər Fələstin məsələsindəki mövqelərinin tənqidindən xəbərdar idilər.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə İsrail arasında münasibətlərdə “heç nə dəyişməyib”.
“Biz həmişə İsrailin işğal olunmuş ərazilərdə etdiklərini tənqid etmişik. İsrail isə bizim tənqidimizi bilirdi”, - deyə Polyanski bildirib.
RF ərsmisi İsrail tərəfinin Rusiya Federasiyasının İsrailin fələstinlilərə qarşı hərəkətlərini bəyənmədiyini bildiyini də dilə gətirib.
Polyanski qeyd edib ki, Rusiya Federasiyası bu məsələdə həmişə tənqidi mövqe nümayiş etdirib və bunu münaqişənin növbəti raundu başlamazdan əvvəl də bəyanatlarla asanlıqla təsdiqləmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.