RUSİYA

Polyanski: Rusiya heç vaxt Ukraynanı təhdid etməyib

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Rusiyanın Kiyevi təhdid etməsi ilə bağlı iddiaları pis təbliğat uydurması adlandırıb.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Ukraynaya "Rusiya təhlükəsi" ilə bağlı iddialar pis təbliğat uydurmasından başqa bir şey deyil.
Bunu Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski RİA Novosti-yə deyib.
"Rusiya tərəfi heç vaxt Ukraynanı bir dövlət kimi təhdid etməyib, biz də ukraynalıları xalq olaraq heç vaxt təhdid etməmişik. Düşünürəm ki, bu, Qərbin çox pis təbliğat uydurması olub", - deyə Polyanski qeyd edib.
Bundan əlavə, o əlavə edib ki, Rusiya Federasiyası Ukraynaya qarşı həmişə dost olub.
Polyanski bildirib ki, xüsusi hərbi əməliyyatımız başa çatdıqdan sonra dünya ictimaiyyəti Ukrayna və Kanadada, eləcə də nasist həmkarlarının açıq şəkildə tərifləndiyi bəzi digər ölkələrdə baş verənlər haqqında çox şey öyrənəcək.
Bu arada ABŞ-ın sabiq kəşfiyyatçı Skott Ritter jurnalist Denni Hayfona müsahibəsində söyləyib ki, Ukraynadakı münaqişə Rusiyanı daha da güclü edib.