SƏHİYYƏ

Azərbaycanda son 1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb

Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Azərbaycanda son 1 həftə ərzində (6 noyabr - 12 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 27 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.
Noyabrın 6-na olan yoluxma statistikası
Azərbaycanda son 1 həftə ərzində (30 oktyabr - 5 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.