QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə ötən həftə partlamamış sursatlar aşkarlanıb

Azad olunan ərazilərdə tank əleyhinə mina, piyada əleyhinə mina, partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.