DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskinin ofisi ABŞ-ı Ukraynaya silah tədarükünü sürətləndirməyə çağırıb

Yermakın Sullivanla telefon danışığı baş tutub.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Vaşinqtonu Kiyevə silah tədarükünü sürətləndirməyə çağırıb.
Bu barədə Ukrayna liderinin saytında dərc olunan məlumatda deyilir.
"Yermak Sallivanı döyüş bölgəsindəki mövcud vəziyyət haqqında məlumatlandırıb. Silah və sursatların vaxtında çatdırılmasının vacibliyini qeyd edib”, - deyə bəyanatda bildirilib.
Həmçinin qeyd olunur ki, Yermak və Sallivan Yaxın Şərqdəki münaqişəni də müzakirə ediblər.
Xatırladaq ki, bu il oktyabrın sonunda Yermak Sallivanla telefon danışığı zamanı Ukrayna qoşunlarına verilən ABŞ silahlarından istifadənin nəticələri barədə hesabat verib. Bildirilib ki, o zaman tərəflər birgə müdafiə istehsalı ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində növbəti addımları müzakirə ediblər.