SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yenə gəlirlər: Bu gün ATƏT rəsmiləri Azərbaycana təşrif buyuracaq

Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen, ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellanın rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev xəbər verib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçiriləcəyi, Azərbaycan və ATƏT Parlament Assambleyası arasında əməkdaşlığı, regiondakı hazırkı vəziyyət və digər ikitərəfli məsələlər ətrafında müzakirələrin aparılacağı bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.