RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Welt: Rusiyanın “Lanset” dronları döyüş meydanında ciddi təhlükə yaradır

Telekanal qeyd edir ki, XHƏ zamanı Rusiya öz pilotsuz təyyarələrin istehsalını təkmilləşdirib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) zamanı Moskva pilotsuz uçuş aparatlarının (PUA, dron) istehsalını təkmilləşdirib və dronlarını yeni səviyyəyə çatdırıb.
Bunu jurnalist Kristof Vanner Almaniyanın “Welt” telekanalına açıqlamasında deyib.

"Onlar istehsalı inkişaf etdirməyə və dronları təkmilləşdirməyə nail oldular", - deyə alman jurnalist bildirib.

Jurnalist Rusiya qoşunlarının ən səmərəli istifadə etdiyi pilotsuz təyyarələr sırasında “Lanset” dronlarını qeyd edib. O hesab edir ki, bu dronun müstəsna xüsusiyyəti əməliyyat sahəsini təyin edən operatorun əmri ilə hərəkət etməkdir, lakin eyni zamanda PUA-nın hədəfini tamamilə özü seçir.
Bu yaxınlarda İngiltərənin Müdafiə Nazirliyi bildirib ki, “Lanset” pilotsuz uçan aparatı Ukraynada xüsusi hərbi əməliyyat zamanı öz yüksək effektivliyini nümayiş etdirib və Rusiya qoşunlarının arsenalında ən yaxşı silah növlərindən biri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.