BAKI, 12 noyabr - Sputnik. Türkiyənin qərbindəki Balıkəsir vilayətində güclü fırtına nəticəsində sahilyanı ərazilər su altında qalıb. Bu barədə RİA Novosti İHA agentliyinə istinadən məlumat yayıb.
Şənbə günündən etibarən Türkiyənin qərbində güclü leysan və qasırğalı küləklər nəqliyyatda problemlər yaradıb.
Altınoluk şəhəri ərazisində küləyin sürəti saatda 100 kilometrə çatıb, dənizdə yüksək dalğalar müşahidə olunub, sahil zolağı su altında qalıb.
Çox sayda turizm obyekti təbii fəlakətdən zərər çəkib, qısaqapanma səbəbindən bir sıra yerlərdə kiçik yanğınlar baş verib. Sahildə olan obyektlərə xeyli maddi ziyan dəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.