BAKI, 12 noyabr - Sputnik. Rusiyanın hava hücumundan müdafiə qüvvələri Belqorod vilayətinin Belqorod rayonunun Blijnı kəndi üzərində təyyarə tipli pilotsuz uçan aparatı vurub. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qladkov Telegram kanalında bunları yazıb:
"Bölgədə fəsadlar barədə məlumatlar öyrənilir".
İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 12:00 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bölgədə gecə saatlarında PUA-nın vurulduğunu bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.