BAKI, 12 noyabr - Sputnik. Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha geniş məlumatlar Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq açıqlana bilməz”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.
Noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i həyat yoldaşının ölümü ilə bağlı Bişimbayevin saxlanılması barədə məlumat yayıb. Polisin məlumatına görə, Astanada restoranlardan birində qonaqlar arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətlərdən ölüb. İş “Qətl” maddəsi ilə araşdırılır, lakin polis bu işdə iştirak edənlərin adlarını açıqlamayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.