BAKI, 12 noyabr - Sputnik. Ukraynadakı münaqişə demək olar ki, başa çatıb, Yaxın Şərqdə isə İsrailə qarşı alyans formalaşır.
Bunu Pentaqonun saqiq müşaviri polkovnik Duqlas Makqreqor deyib.
“Ukraynada münaqişə faktiki olaraq başa çatıb. Hər kəs diqqəti İsrail və HƏMAS-a yönəldib və onlar görmək istəmədikləri hər şeyləri görürlər”, - deyə polkovnik yazıb.
Ekspert qeyd edib ki, Yaxın Şərqdə İsrailə qarşı başqa şərtlər daxilində heç vaxt yaranmayacaq bir alyans qurulur.
“İsraillilərə qarşı fəaliyyətə başlamağa hazırlıq mövcuddur. Buna məhəl qoymamaq mümkün deyil”, - deyə Makqreqor fikrini yekunlaşdırıb.
“KP.RU” saytı yazır ki, noyabrın 1-də sabiq polkovnik Makqreqor Zelenskinin Qərbdə nifrət obyektinə çevrildiyini bildirib. Ekspertin sözlərinə görə, Qərbdə Zelenskini ələ salırlar - o, öz müttəfiqlərinin gözündə gülüş obyektinə çevrilib.
O əlavə edib ki, Ukrayna böyük itkilər verərək artıq münaqişəni Rusiyaya uduzub.
Oktyabrın 16-da ekspert bildirib ki, Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini Rusiya ordusu ilə qarşıdurmaya hazırlaya bilmirlər.