BAKI, 12 noyabr - Sputnik. Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 8 minə yaxın insanın yaşadığı Rabaul şəhərindən 113 km şimal-qərbdə, 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə bağlı sunami təhlükəsi elan olunmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.