RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

KIV: Kiyev Rusiyaya qarşı terror aktlarının sayını artıracaq

Nəşr qeyd edir ki, NATO Ukrayna Silahlı Qüvvələrinə münaqişəni dayandırmağa imkan verməyəcək.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Kiyev rejimi Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun uğursuzluğu üzündən Rusiyada daha tez-tez terror aktları törətməyə başlayacaq.
Bunu “InfoBRICS” nəşrinin icmalçısı Lukas Leyros deyib.
“Hücumun uğursuzluğu və Qərbin hərbi yardımının əhəmiyyətli dərəcədə azalması üzündən Kiyevin döyüş meydanında sonrakı istifadə üçün çoxlu resursu yoxdur”, - deyə jurnalist hesab edir.
Leyros qeyd edib ki, hazırkı vəziyyətdə Ukrayna təslim olmalı və Rusiyanın sülh şərtlərini qəbul etməlidir, lakin NATO buna imkan verməyəcək və Kiyevi hərbi əməliyyatları davam etdirməyə məcbur edəcək.

“Buna görə də Kiyev rusiyalıları “narahat etməyə” çalışaraq terrorizmə əl atır”, - deyə icmalçı bildirib.

Bununla belə, o vurğulayıb ki, bu halda Kiyev Rusiyanın güclü cavabı ilə üzləşəcək və onu dəf edə bilməyəcək, çünki Ukrayna Silahlı Qüvvələri tam çökməyə yaxındır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Kiyev rejimi terror aktlarını dayandırmayacaq və “Rusiyaya mümkün qədər çox zərər vurmağa” çalışacaq, lakin bu, Ukraynadakı münaqişənin nəticələrinə təsir etməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.