BAKI, 12 noyabr - Sputnik. Türkiyənin "Türk Hava Yolları" şirkəti "Airbus" şirkəti ilə 355 ədəd təyyarənin alınması barədə razılığa gələrək tarixində ən böyük sifarişə imza atıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Şirkətin hazırda 435 təyyarəsi var və dünyanın ən böyük marşrut xəritəsinə malik aviaşirkətdir.
“Əməliyyatlarını sürətləndirməyə çalışan və ən gənc donanmaya sahib olan şirkət Airbus nümayəndələri ilə görüş zamanı 250 ədəd A321 Neo, 75 ədəd A350-900 və digər modellər daxil olmaqla 355 təyyarənin tədarükü ilə bağlı razılığa gəlib”, - deyə agentliyin məlumatında bildirilir.
Bildirilir ki, şirkət rəsmiləri Rolls-Royce nümayəndələri ilə də görüş keçirib. Görüşdə A350 təyyarəsinin mühərrikinə texniki qulluq məsələləri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.