DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Cənub-Şərqi Asiya ölkələri ilə birgə təlimlər keçirəcək

Məlumata görə, manevrlər çərçivəsində terrorizmə və dəniz quldurluğuna qarşı birgə mübarizə, o cümlədən dəniz təhlükəsizliyinin təmin edilməsi işlənib hazırlanacaq.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Çin noyabrda Cənub-Şərqi Asiya ölkələri ilə birgə hərbi təlimlər keçirəcək. Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin ordusu noyabrın ortalarından axırına qədər Çinin cənubundakı Quanqdonq əyalətində Kamboca, Laos, Malayziya, Tailand və Vyetnam silahlı qüvvələri ilə birgə təlimlər keçirəcək”, - Sinxua agentliyi müdafiə nazirliyinə istinadən yazıb.

Məlumata görə, manevrlər çərçivəsində terrorizmə və dəniz quldurluğuna qarşı birgə mübarizə, o cümlədən dəniz təhlükəsizliyinin təmin edilməsi işlənib hazırlanacaq.
Təlimlərin məqsədinin regional sülh və sabitliyin qorunması üçün hərbi sahədə qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsi olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.