BAKI, 12 noyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT daha funksional etmək və məhv olmaqdan xilas etmək üçün ciddi islahatlara ehtiyacı olduğunu bildirib. O, bu barədə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə sammitinin keçirildiyi Ər-Riyaddan qayıdarkən jurnalistlərə bildirib.
"BMT-də islahatlar aparılmalı və onun ədalətsiz strukturu dəyişdirilməlidir. O, daha funksional olmalı və hətta sanksiyaların gücü də daxil olmaqla, çəkindirmə qabiliyyətinə malik olmalıdır. Bu, son nəticədə BMT-nin parçalanmasının və yoxa çıxmasının qarşısını almaq üçün lazımdır", - Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Yaxın Şərq münaqişəsindən nümunə götürərək, hamı bir daha əmin oldu ki, BMT və digər beynəlxalq təşkilatlar fəaliyyət göstərmir və müsəlmanlar öldürüləndə kor olur.
“Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, dünya sistemi ədalətsizdir, beynəlxalq təşkilatlar gücün maraqlarına xidmət edir, dünya nizamını yalnız beş ölkənin maraqlarına uyğun istiqamətləndirirlər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.