DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İsraildən Netanyahunun sözlərinə aydınlıq gətirməyi tələb edir

Netanyahu son günlər bir neçə dəfə İsrailin Fələstin anklavında apardığı hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında təhlükəsizliyə nəzarəti təmin etmək niyyətini bəyan edib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağında hərbi əməliyyatdan sonra təhlükəsizliyə nəzarəti saxlaması ilə bağlı açıqlamalarına aydınlıq gətirməsini istəyib. Bu barədə “Radio Kan” məlumat yayıb.
Qeyd edilir ki, Netanyahu son günlər bir neçə dəfə İsrailin Fələstin anklavında apardığı hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında təhlükəsizliyə nəzarəti təmin etmək niyyətini bəyan edib.
Noyabrın 11-də mətbuat konfransı keçirən baş nazir deyib ki, zərurət yaranarsa, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına təhlükəsizlik baxımından nəzarəti həyata keçirməyə davam edəcək və terrorizmin oradan yox olmasını təmin edəcək.
Netanyahunun sözlərinə görə, 7 oktyabr qətliamı sübut etdi ki, İsrailin nəzarəti olmayan yerdə terror kök salır və buna görə də İsrail təhlükəsizlik nəzarətində güzəştə getməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.