BAKI, 12 noyabr - Sputnik. ABŞ Rusiya ilə birbaşa münaqişəyə girərsə, məhv edilə bilər.
Bunu ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami “PBD Podcast”da qeyd edib.
"Rusiya və Çin hərbi ittifaqda olsalar və biz Üçüncü Dünya Müharibəsinə qoşularsaq Amerika Birləşmiş Ştatları mövcudluğunu itirə bilər", - deyə siyasətçi xəbərdarlıq edib.
O, Rusiya və Çinin əhəmiyyətli hərbi-kosmik qüvvələrinə işarə edərək, ABŞ-ın kosmosda müdafiə və hücum qabiliyyətinə malik olmadığını bildirib. Ramasvaminin sözlərinə görə, ABŞ zəif iqtisadi və hərbi vəziyyətdədir, ölkənin köhnə hava hücumundan müdafiə sistemləri isə Rusiyanın hipersəs raketlərini ələ keçirə bilməyəcək.
Bu yaxınlarda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sabiq sədri, general Mark Milley yaxın on ildə ABŞ-ın Rusiya ilə müharibəsinin mümkün olduğunu söyləyib. Onun sözlərinə görə, Ukraynanın münaqişədə məğlub olması, Rusiyanın isə qalib gəlməsi bu riski artacaq.