RUSİYA

Aİ Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırmağa nail olmayacaq - Lavrov

Rusiya XİN rəhbəri Avropa İttifaqının Mərkəzi Asiya və Zaqafqaziyadakı siyasətinə münasibət bildirib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, lakin buna nail olmayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Moskva. Kreml. Putin" verilişində deyib.

“Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiyadan və Zaqafqaziyadan sıxışdırmaq niyyətini gizlətmir, bu heç bir nəticə verməyəcək", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tarixən qeyd olunan ərazilərdədir və heç yerdə yox olmayacaq.
"Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox gözəl bilirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.