BAKI, 11 noyabr — Sputnik. Ukrayna Ali Radası hərbi əməliyyatlarda iştirak edən Ukrayna Silahlı Qüvvələrinə kömək məqsədilə tibbi marixuananın leqallaşdırılması məsələsinə baxır.
Bu məlumatı “Bloomberg” yayıb.
Marixuananın əsgərlərə xəsarətləri və post-travmatik stress pozğunluğunun öhdəsindən gəlməyə kömək etməli olduğu güman edilir. Hazırda bütün ölkədə bu tədbirin görülməsinin zəruriliyi ilə bağlı müzakirələr gedir.
Ukrayna parlamenti bu ilin yayında keçirilən birinci oxunuşda bu qanun layihəsini artıq qəbul edib. Yekun qərar qanunvericilərin noyabrda keçiriləcək növbəti iclasında razılaşdırıla bilər.
Lakin ukraynalıların heç də hamısı bu təşəbbüsü dəstəkləmir. Vətəndaşların, təxminən 37%-i bunun əleyhinə olub. Qərarla yalnız 35% razılaşıb.
Daha əvvəl bildirilmişdi ki, hakim Xalqın qulluqçusu partiyası və ölkə Prezidenti Vladimir Zelenski şəxsən qanun layihəsinin qəbulunda israrlıdırlar. Zelenskinin sözlərinə görə, bu addım ehtiyacı olan əsgərlərə kömək etmək üçün əhəmiyyətlidir.