HADİSƏ

İsmayıllı rayonunda zəlzələ olub

Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.