BAKI, 11 noyabr - Sputnik. Altı Fars körfəzi ölkəsi vahid turist vizası tətbiq edəcək, bu barədə Körfəz Əməkdaşlıq Şurasının daxili işlər nazirlərinin iclasında məlumat verilib.
Dövlətlər arasında heç bir maneə olmadan səyahət etməyə imkan verən yeni turist vizasının tətbiqi Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Bəhreynin daxili işlər nazirləri tərəfindən təsdiqlənib.
Bunun Körfəz ölkələri üçün böyük nailiyyət olduğu qeyd edilir.
Vahid turist vizasının 2024-cü ildən etibarən verilməsi planlaşdırılır.