CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıta verilib

Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu imzalayıb.
Bununla da “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik təsdiqlənib.
Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək.