ELM

Türkiyə sakini evinin altında 2000 illik yeraltı şəhər tapıb

Professor Osman Özsoy bildirib ki, evin altında bir-birindən asılı olmayan ən azı iki təbəqə var. Onları tunellərdən istifadə etməklə keçmək olar.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Türkiyənin Kayseri şəhər sakini Mustafa Halıcıoğlu evinin altında, təxminən 2 min il yaşı olan yeraltı şəhər aşkarlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Halıcıoğlunun sözlərinə görə, evinin altındakı yeraltı otaqlar uzun müddət zibil altında qalıb və tövlə kimi istifadə olunub. Adam yeraltı şəhərin varlığından məkanı dağıntılardan təmizlədikdən sonra öyrənib.
Halıcıoğlu hesab edir ki, yerin altında 3-4 mərtəbə var və yeraltı şəhərin sahəsi 300 kvadratmetrə qədərdir.
Professor Osman Özsoy bildirib ki, evin altında bir-birindən asılı olmayan ən azı iki təbəqə var. Onları tunellərdən istifadə etməklə keçmək olar.
Ev sahibi etiraf edib ki, 5 ildir ki, öz vəsaiti hesabına yeraltı məkanları təmizləyir. Haliçoğlu gələcəkdə yeraltı şəhərin turistlər üçün cəlbedici obyektə çevrilməsindən ötrü dövlətin bu məsələdə ona dəstək olacağına ümid etdiyini bildirib.