BAKI, 10 noyabr - Sputnik. Kreml dekabrın 14-də Putinin ənənəvi mətbuat konfransını keçirməyi planlaşdırır.
Bu barədə RBC-a öz mənbələrinə istinadən məlumat yayıb. Xəbərdə bu il Putinin ənənəvi mətbuat konfransının birbaşa xətlə birləşdiriləcəyi qeyd olunub.
Xatırladaq ki, 2022-ci ildə ənənəvi mətbuat konfransı keçirilməyib.
Bundan əvvəl dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinin geniş mətbuat konfransı planlaşdırılıb.
"Belə planlar var, onun həyata keçirilmə vaxtı barədə sizə məlumat verəcəyik", - deyə "TASS" Kreml nümayəndəsindən sitat gətirib.
Bundan əvvəl Peskov ilin sonuna kimi Vladimir Putinlə birbaşa əlaqə qurmağın mümkünlüyünü açıqlamışdı.
Xatırladaq ki, əvvəlki dəfə Rusiya Federasiyası Prezidentinin geniş mətbuat konfransı 23 dekabr 2021-ci ildə baş tutub.