DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Makronla nədən danışdığını açıqladı

O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. “Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı şəraiti müzakirə etdik”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.
O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan noyabrın 9-da Emmanuel Makronla görüşüb, noyabrın 10-da isə VI Paris Sülh Konfransına qatılıb.