AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Mərkəz özü məlumat yayıb.
Məlumata görə, bu gündən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb küləyi noyabrın 11-nə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s, açıq dənizdə arabir: 33 m/s dalğanın hündürlüyü 30-0 metr, sonrakı inkişafda 4-6 metr olacaq.
Budan əvvəl faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.
Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur.
Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.
Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.