DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar

Qazaxıstanda bir neçə istilik elektrik stansiyasının tikintisi üzrə ölkələrin energetika nazirlikləri arasında əməkdaşlıq memorandumları da imzalanıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Astanada keçirilən danışıqların yekunu üzrə birgə bəyanat, həmçinin 2024-2026-cı illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar.
“Report” xəbər verir ki, birgə bəyanat ölkələr arasında mehriban qonşuluq və müttəfiqlik haqqında sazişin imzalanmasının 10-cu ildönümünə həsr olunub.
Tərəflər bədən tərbiyəsi və idman sahəsində, Rusiya Gömrük Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin qarşılıqlı fəaliyyəti üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Eyni zamanda, Qazaxıstanda bir neçə istilik elektrik stansiyasının tikintisi üzrə ölkələrin energetika nazirlikləri arasında əməkdaşlıq memorandumları da imzalanıb.