RUSİYA

Medinski Rusiyanın yeni bölgələrini ən qədim Rusiya əraziləri adlandırıb

Krımın rəhbəri Sergey Aksenov da yeni bölgələri Rusiya Federasiyasının "tarixi" əraziləri adlandırılmasını təklif edib.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Rusiya Federasiyasının yeni bölgələri ilkin olaraq Rusiya torpaqlarıdır.
Bunu Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri Vladimir Medinski deyib.
"Biz nədənsə Rusiyanın qədim ərazilərini yeni ərazilər adlandırırıq. Hansılar yenidir? Bunlar ən qədim Rusiya torpaqlarıdır. Onda gəlin Moskvanı da yeni ərazi adlandıraq", - deyə Medinski bildirib.
Krımın rəhbəri Sergey Aksenov da Rusiya Federasiyasının yeni tərkib hissələrini Rusiyanın "tarixi" əraziləri adlandırmağı təklif edib.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yeni regionların sakinlərini Rusiyaya birləşməsi günü münasibətilə təbrik edərək qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) zamanı Rusiya qoşunları ilkin olaraq Rusiyanın ərazilərini nasistlərdən azad edir, Rusiya Federasiyasının tərkibində isə daha çox yeni bölgələr olacaq.