SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

E.Məmmədov qarşı tərəfi Azərbaycanın Qarabağ bölgəsində və indiki Ermənistan ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması barədə məlumatlandırıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun Fransanın paytaxtı Parisdə keçirilən Baş Konfransının qırx ikinci sessiyası çərçivəsində qurumun baş direktoru Odri Azule ilə görüşüb.
Görüş zamanı Azərbaycan-UNESCO əlaqələri, xüsusilə, mədəniyyətlərarası dialoq və mədəni irsin qorunması sahəsində əlaqələr müzakirə olunub.
E.Məmmədov qarşı tərəfi Azərbaycanın Qarabağ bölgəsində və indiki Ermənistan ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması barədə məlumatlandırıb.
O, UNESCO-nu Azərbaycan mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb.