AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidentinin Özbəkistana səfəri başa çatıb

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.
Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.