RUSİYA

Putin: MDB Avrasiyada sülhün qorunmasının ayrılmaz elementidir

Putin rus dilini Rusiya ilə Qazaxıstan arasında rəqabət üstünlüyü və dostluğun əsas amili adlandırıb.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Rusiya MDB-yə Avrasiyada sülhün və sabitliyin qorunmasının ayrılmaz elementi kimi baxır.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Kazaxstanskaya pravda” qəzetinə müsahibəsində deyib.
Putin rus dilini Rusiya ilə Qazaxıstan arasında rəqabət üstünlüyü və dostluğun əsas amili adlandırıb.
Vladimir Putin bildirib ki, Rusiya ilə Qazaxıstan arasında tərəfdaşlıq qarşılıqlı hörmət, suverenliyin tanınması, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır.
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 10,2% artaraq rekord həddə - 28,2 milyard dollara çatıb. Biz birlikdə işləməyə, iqtisadi və texnoloji potensialımızı artırmağa, vətəndaşlarımızın həyat keyfiyyətini yaxşılaşdırmağa davam edəcəyik", deyə Rusiya prezidenti vurğulayıb.
Putin dünyada vəziyyətin necə olmasından asılı olmayaraq Rusiya ilə Qazaxıstan arasında münasibətlərin gələcəyinə əmin olduğunu söyləyib.
Moskva ilə Astana arasında enerji sektorunda planlar haqqında danışan Rusiya lideri ölkəsinin bu il yanvarın 18-də imzalanmış yol xəritəsinə uyğun olaraq Qazaxıstanın şimal və şərq rayonlarının qazlaşdırılmasında köməklik göstərməyə hazır olduğunu qeyd edib: "1 noyabr tarixli strateji əməkdaşlıq haqqında saziş qazın geoloji kəşfiyyatı, hasilatı, emalı, tədarükü və nəqlini nəzərdə tutur", - deyə Putin əlavə edib.